top of page

Azad olunan ərazilərdə ötən həftə 64 mina aşkarlanıb


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA ) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan APA-ya bildirilib ki, martın 1-dən 5-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı,Cəbrayıl və Zəngilanda 25 piyada əleyhinə mina, 39 tank əleyhinə mina və 36 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.


Qeyd olunub ki, 129, 8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Comentarios


bottom of page