top of page

Azad edilən ərazilərdə daha 305 mina aşkarlanıb



Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 305 mina aşkarlayıb.


ANAMA-dan Muğan TV-yə verilən məlumata görə, iyunun 1-dən iyunun 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 63, tank əleyhinə 242 mina və 552 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.


Nəticədə 2979,1 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Comments


bottom of page