top of page

"Azərsu" abonentlərinə müraciət edib



Yay mövsümündə vətəndaşların bir qismi şəhərdən bağ evlərinə köçdüyündən, eləcə də bölgələrə və xaricə istirahətə getdiyindən müəyyən müddət mənzillərdə yaşayış olmur.


Muğan TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "Azərsu" ASC-nin abonentlərinə müraciətində bildirilir.


Qurum bəyan edib ki, bu zaman sudan ya ümumiyyətlə istifadə edilmir, ya da qismən istifadə olunur. “Azərsu” ASC-nin əməkdaşları mənzilin və həyət evlərinin daxilindəki sayğaca baxış keçirib oxuma etmək istədikdə qapı bağlı olduğundan sayğacın real sərfiyyatına uyğun deyil, son 12 ayın orta sərfiyyatına uyğun bildiriş çap olunur. Sonradan evinə dönən abonentlər artıq borcun yaranmasından narahat olur, bununla bağlı “Azəsu”ya, Cəmiyyətin yerli bölmələrinə çoxsaylı şikayət və müraciətlər edilir. Sonradan bu qeyri-dəqiqlik necə həll olunur, sayğacın real sərfiyyatına uyğun dürüstləşmə aparılır.


Mehriban Mirzəzadə

Comentarios


bottom of page