top of page

"Azərsığorta"nın öhdəlikləri aktivlərini üstələyib


Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") 2022-ci ili 10,453 milyon manat zərərlə başa vurub.

Mugantv şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 26,9% azdır.

Ötən il "Azərsığorta"nın gəlirləri 34,532 milyon manat (əvvəlki ilə nisbətən 41,6 % az), xərcləri isə 44,985 milyon manat (38,7 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərsığorta”nın aktivləri 17,298 milyon manat olub ki, bu da illik müqayisədə 648 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 46 % azalaraq 24,509 milyon manata düşüb, 3,784 milyon manatlıq balans kapitalı isə 7,21 milyon manatlıq kapital çatışmazlığı ilə əvəz olunub (yəni, kapitalı mənfiyə düşüb). Bu isə faktiki müflislik deməkdir.

Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir. Onun nizamnamə kapitalı 9 milyon manatdır.

Prezident İlham Əliyevin 18 may 2021-ci ildə imzaladığı "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmana görə, “Azərsığorta”nın Milli Məclisin deputatlarının, hakimlərin, Silahlı Qüvvələrin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə qulluq edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri ötən il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) keçib. Dövlət icbari şəxsi sığortası sahəsində sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların uçotunun aparılmasını, sığortalının sığorta haqlarını sığortaçıya ödəməsinə nəzarəti, sığorta ödənişlərinin dövlət icbari şəxsi sığortası sahəsində qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini, sığorta ehtiyatlarının yaradılmasını, artırılmasını, habelə dövlət icbari şəxsi sığortası sahəsində digər işlərin görülməsini ƏƏSMN-in tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) həyata keçirir.

bottom of page