top of page

“Azərişıq” Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri aparır


“Azərişıq” ASC Qubadlı, Zəngilan və Cəbrayıl rayonları ərazisində bir neçə istiqamətdə işləri fasiləsiz olaraq aparır.

Muğan tv xəbər verirr ki, Azərişıq ASC-dən verilən məlumata görə, Zəngilan rayonunun Ağbənd qəsəbəsindən Bartaz yüksəkliyi istiqamətində 35 kV-luq izolyasiyalı xəttin çəkilişinə start verilib.

Qubadlı rayonu ərazisində də bir neçə istiqamətdə yenidənqurma işləri davam edir. 110/35/10 kV-luq Qubadlı yarımstansiyasından çıxan Fərcan xəttinin yeni dayaqları basdırılır. Sarılı Xəştab kəndi istiqamətində də yeni 35 kV-luq xəttin metal dayaqlarının basdırılması işləri davam etdirilir. Həmçinin, Üzümçülük deyilən ərazi və Güləbirt istiqamətlərində də işlər aparılır.

İki dövrəli Cəbrayıl-Horovlu 35 kV-luq ÖİN-3-lə (Özünüdaşıyan İzolyasiyalı Naqil) çəkilən kabel hava xəttinin layihə üzrə nəzərdə tutulan dayaqlarının əksəriyyəti əkilib, işlər davam edir. Həmçinin, yenidənqurma işləri çərçivəsində iki dövrəli 35 kV-luq ÖİN-3-lə (Özünüdaşıyan İzolyasiyalı Naqil) çəkilən Şükürbəyli xəttinin davamı olaraq Xudafərin xəttinin dayaqlarının basdırılması işləri aparılır.

Qeyd edək ki, “Azərişıq” Prezident İlham Əliyevin göstərişləri əsasında işğaldan azad olunmuş ərazilərdə, həmçinin, bütün digər regionlarda enerji təsərrüfatının yenidən qurulması istiqamətində işləri uğurla və zamanında yerinə yetirməkdə davam edir.

Comments


bottom of page