top of page

“Azərişıq” Kəlbəcərdəki hərbi hissələri elektrik enerjisi ilə təchiz edib


“Azərişıq” ASC Kəlbəcərdəki hərbi hissələri və xüsusi dövlət əhəmiyyətli obyektlər elektrik enerjisi ilə təchiz edib.

Bu barədə qurumdan məlumat verilib.

Qurumun açıqlamasında deyilir ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında “Azərişıq” ASC Kəlbəcərdə çətin relyefə, şaxtalı hava şəraitinə baxmayaraq, fasiləsiz iş görülür.

“Rayon ərazisində genişmiqyaslı işlər bu gün də aparılır. Sovet dövründə belə, elektrik enerjisinin olmadığı ucqar ərazilərdə müasir elektrik şəbəkələr qurulur. Kəlbəcər rayonunun Alagöllər və digər əraziləri ilk dəfə “Azərişıq” ASC tərəfindən elektrik enerjisi ilə təmin edilir", - açıqlamada deyilir.

“Azərişıq”dan bildirilib ki, işlər çərçivəsində 23 km-dan artıq 35 kV-luq “İstisu-Alagöllər” birdövrəli kabel xətti çəkilib:

"12 km-dan çox 35 kV-luq “Çaykənd-Zod” kabel xəttinin çəkilməsi istiqamətində layihələndirmə işləri tamamlanıb, xəttin 7 km-dan artıq hissəsi çəkilib və bu istiqamətdə işlər davam etdirilir”.

Comments


bottom of page