"Azərenerji" Ağdamda yeni yarımstansiya tikməyə hazırlaşır


"Azərenerji" ASC 110/35/10 kV-luq "Ağdam-1" yarımstansiyasının tikintisi və elektrikquraşdırma işləri üçün təkliflər sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 21-i, saat 15:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi, 10 ünvanına təqdim edə bilərlər.