top of page

Azərbaycanlılar İsveçrədə aksiya keçirdi


Avqustun 29-da yerli vaxtla saat 17-dən 18:30-a kimi İsveçrənin Bern şəhərinin Kasino Platez meydanında aksiya keçirilib.


Muğan TV xəbər verir ki, aksiyada Arazın hər iki tayından olan azərbaycanlılar iştirak edib.


Nümayiş Urmiya gölündə baş verən ekoloji fəlakətə diqqət cəlb etmək məqsədilə həyata keçirilib.


Urmiya gölünün acınacaqlı durumunu əks etdirən poster və plakatlar qaldıran aksiya iştirakçıları ekoloji fəlakətlə bağlı çıxışlar edib, isveçrəlilərə Urmiya gölü barədə məlumatlar verib və braşurlər paylayıblar.


Röya Ağayeva

bottom of page