Azərbaycanlı müğənninin konsertində izdiham yaşanıb



Rusiyada yaşayan Jony ləqəbli azərbaycanlı müğənni Cahid Hüseynli Tatarıstanda konsert verib.


Muğan TV xarici mətbuata istinadən xəbər verir ki, Tatarıstanın Respublika Günü münasibətilə təşkil olunan konsertdə yüz minlərlə tamaşaçı iştirak edib.


Pandemiya səbəbiylə açıq havada keçirilən konsertə bu qədər çox insanın toplanması birmənalı qarşılanmayıb və narazılığa səbəb olub. Tatarıstan mətbuatı isə COVİD-19-dan ölənlərin sayının artdığı bu günlərdə belə bir tədbir keçirilməsini pisləyib.