top of page

Azərbaycanlı istifadəçilər arasında ən populyar sosial şəbəkə açıqlanıb


2023-cü ilin fevral ayında "Facebook" sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərinin aktivliyi yanvar ayı ilə müqayisədə 1,03 faiz azalaraq 28,54 faizə düşüb.


Bu göstəriciyə görə, ikinci yerdə "Instagram" dayanır. Onun payı 1,35 faiz artaraq 24,48 faizə çatıb. Üçüncü yerdə 23,49 faizlə "YouTube" gəlir (2,01 faiz artım).

Bu göstəriciyə görə dördüncü yerdə "Pinterest" sosial şəbəkəsi gəlir. Onun yerli bazarda payı ötən ayla müqayisədə 1,52 faiz azalaraq 12,95 faizə düşüb.

"Twitter" media platforması 7,73 faizlə Azərbaycanın sosial şəbəkələr bazarında populyarlığına görə beşinci yer tutub (ay ərzində 0,33 faiz azalma). Reytinqdə altıncı yeri 0,8 faiz göstərici ilə "Linkedin" tutub.

Digər sosial şəbəkələrin payı 2,02 faiz təşkil edib.

bottom of page