top of page

Azərbaycandan Moskva və Tula vilayətlərinə 4 min ton nar ixrac edilib


Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi, bu ilin əvvəlindən Azərbaycandan idxal edilən 4 min tona yaxın təzə narın fitosanitar nəzarəti həyata keçirib.

Mugantv bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, qurum bununla bağlı ümumilikdə 200-dən çox nəqliyyat vasitəsini yoxlayıb.

Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBU "VNIIKR") mütəxəssisləri bütün məhsullar üzrərində laboratoriya sınaqları keçirib, məhsulların karantin fitosanitar tələblərə uyğunluğu təsdiqlənib.

Comments


bottom of page