top of page

Azərbaycandakı COVİD laboratoriyalarının sayı açıqlanıb



“Pandemiyaya qədər bir regionda - Cəlilabadda PZR laboratoriyası qurulmuşdu. Koronavirusa ilk yoluxma 2020-ci ilin fevralında qeydə alınıb. Pandemiya başlayanda isə Bakıda da iki laboratoriya var idi”.


Muğan Tv APA-ya istinadən xəbər verir ki, bunu “SARS-CoV-2 (COVİD-19) kompleks diaqnostikasına müasir yanaşmalar” mövzusuna həsr edilmiş Beynəlxalq Elmi Konfransda TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib. Onun sözlərinə görə, sonradan Mərkəzi Neftçilər Xəstəxanasındakı laboratoriya da bu prosesə qoşulub və əsas işi üzərinə götürüb:


“Prezidentin təşəbbüsü ilə açılan Yeni Klinikada xəstə müalicəsi ilə bərabər gündəlik 1400-ə yaxın PZR test edən laboratoriya var. Əvvəl Sumqayıt və Abşerondan toplanan testlər Bakıya gətirilirdi. Sonradan 1 saylı Sumqayıt şəhər xəstəxanasında laboratoriya yaradılıb. Bu laboratoriya hazırda Sumqayıt əhalisnin testlərinin aparılmasına kifayət edir”.


Y. Qarayeva deyib ki, Balakən, Qax, Zaqatala və Şəkidən olan testlər də əvvəl Bakıya gətirilirdi: “Şəkidə yaradılan COVİD-19 laboratoriyası da bu region üçün çox əhəmiyyətli olub. Hazırda Şamaxı Rayon Mərkəzi Xəstəxanasnda günə 280 test etmək qabiliyyətinə malik labaratoriya var. Cənub bölgəsində Lənkaranda ABD cihazı ilə təmin edilən labaratoriya var. Ağcabədidə fəaliyyət göstərən labaratoriyada isə müharibə dövründə də ciddi işlər görülüb. Bu laboratoriyaların qurulmasında ilk dəstəyi bizə Ümumdünya Səhiyyə Təşkilatı göstərib”.


Şöbə müdiri qeyd edib ki, Bakıda və regionlarda ümumilikdə 17 laboratoriyanın fəaliyyəti təmin edilib.

Yorumlar


bottom of page