top of page

Azərbaycanda yeni radio fəaliyyətə başlayır


Azərbaycanda tibb sahəsi üzrə ixtisaslaşmış yeni radio fəaliyyətə başlayır.

Muğan tv xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, Şuranın iclasında ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan olunmuş müsabiqənin qalibi elan olunub. Müsabiqəyə sənədlərini təqdim etmiş ümumən 2 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan iddiaçı - "Sağlam Media" MMC (radio redaksiyanın adı "Sağlam Radio") qalib elan olunmuş və müsabiqə üzrə yekun qərar verilib.

Comments


bottom of page