top of page

Azərbaycanda yeni qeydiyyatdan keçən kommersiya qurumlarının sayı 32 % artıb


Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 14 259 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,4 % çoxdur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, kommersiya qurumlarının 72,1 %-i elektron qaydada, 27,9 %-i kağız daşıyıcılarda müraciətlər əsasında qeydə alınıb.

Onlardan 19,4 %-nin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin edilib.

Yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 94,8 % təşkil edib. Yeni qeydiyyat üsulunun (fin kod+mobil nömrə) ümumi qeydiyyatda xüsusi çəkisi 11,7 %, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 15,4 % olub.

Ümumiyyətlə, ilin əvvəlindən icra olunmuş elektron qeydiyyat ərizələrinin 83,7 %-i "ASAN İmza" ilə təqdim edilib.

2022-ci ilin 11 ayı ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarından 76,8 %-i yerli investisiyalı, 23,2 %-i xarici investisiyalı qurumlardır.

Dekabrın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,7 %-i MMC, 1,4 %-i SC, 1,2 %-i kooperativ və s. formalarda yaradılıb.

2022-ci ilin 11 ayı ərzində fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 22,2 %, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 22 % artıb.

Comentarios


bottom of page