Azərbaycanda vaksin olunanların sayı 487 mini keçib


Martın 22-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20,121 nəfər vaksinasiya olunub.

Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 487,561 nəfər peyvəndlənmə prosesində iştirak edib.