top of page

Azərbaycanda tibbi tullantıların idarəolunması ilə bağlı fəaliyyət planı hazırlanır

Azərbaycanda tibbi tullantıların idarəolunmasında fəaliyyət planının təqdimatı nəzərdə tutulur.


Muğan TV xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov parlamentdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə deyib.


O bildirib ki, bəzi tibbi müəssisələri tullantıları keyfiyyətli formada zərərsizləşdirmir: “Bəzən tibbi tullantılar MTK tərəfindən bərk məişət tullantıları ilə birgə daşınması faktları var. Ümumilikdə tibbi tullantıların idarəolunmasında müəyyən çətinliklər mövcuddur. Qurumlar arasında koordinasiya daha dəqiq müəyyən olunmalı, bu sahə üzrə monitorinq yoxlamalarının gücləndirilməsinə ehtiyac var”


Röya Ağayeva

bottom of page