top of page

Azərbaycanda son 50 ildə ilk dəfə çəltikçilikdə sertifikatlı toxum əldə olunub


Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) Lənkəran rayonunda istehsal olunan “Avanqard” çəltik sortunun ölkə ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verib və mühafizə olunan seleksiya nailiyyətlərini Dövlət reyestrində qeydiyyatdan keçirib.

Mugantv nazirliyə istinadən xəbər verir ki, sortun 500 kq Orijinal və 1 200 kq Super elit toxumunu nazirlik yanında Aqrar Xidmətlər Agentliyi (AXA) sertifikatlaşdırıb.

Çəltikçiliyin inkişaf etdirilməsi üçün yerli imkanlardan səmərəli istifadə edilməsi, yeni çəltik sortlarının genofondunun yaradılması, yerli şəraitə uyğun formalarının seçilməsi və onların toxumçuluq sisteminin yaradılması istiqamətində tədqiqat işlərinin əhəmiyyəti böyükdür. ƏETİ “Çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda təsbit edilən vəzifələrin icrası ilə əlaqədar olaraq əkin sahəsinin 10 000 ha, məhsuldarlığın 40 tona çatdırılması istiqamətində 3 illik fəaliyyətin nəticəsi olaraq cari ildə çəltiyin 2 yerli “Zəfər” və “Bəstə” sortlarını dövlət sınağının keçirilməsi məqsədilə AXA-ya təqdim edib.

Sortların yaradılması, toxum istehsalı və kadr potensialının artırılması istiqamətində Pakistan, Türkiyə, İran və Malaziyanın müvafiq elmi-tədqiqat müəsissələri ilə əməkdaşlıq əsasında fəaliyyətlər davam etdirilir.

Commenti


bottom of page