Azərbaycanda Qarabağ atlarının satışına başlanılacaq



Kənd Təsərrüfatı Nazirliyinin bu gün Qobustanda istifadəyə verdiyi müasir heyvandarlıq kompleksində Qarabağ atlarının satışına başlanılacaq.


Bunu açıqlamasında nazirliyə məxsus “Aqroservis” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova deyib.


“Bunun üçün “Qarabağ Atçılıq Zavodu” MMC ilə müqavilə bağlanılacaq və cins atların satışı həyata keçiriləcək”, - o qeyd edib.