top of page

Azərbaycanda qızıl və gümüş istehsalı azalıb


Bu ilin I yarısında Azərbaycanda 975,5 kq qızıl, 1 841,3 kq gümüş istehsal edilib.


Muğan TV-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,6 % və 42,5 % azdır.


Hesabat dövründə Azərbaycanda mis konsentratının istehsalı 1 856 ton olub ki, bu da 1 il əvvələ nisbətən 45,9 % çoxdur.


Bu in iyulun 1-nə ölkədə 101,9 kq qızıl, 352,2 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 522,3 ton təşkil edib.



Ləman Hafizi

Comments


bottom of page