Azərbaycanda peyvənd olunanların sayı 547 541-ə çatıb


Martın 30-da Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 26 573 nəfər vaksinasiya olunub.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Muğan TV-yə verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 547 541 nəfər peyvəndlənmə prosesində iştirak edib.


Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.