Azərbaycanda neçə nəfər peyvənd olunub? - RƏSMİ


Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksin vurduran şəxslərin sayı açıqlanıb.


Muğan tv xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Bildirilib ki, martın 3-ü ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 24 272 nəfər vaksinasiya olunub.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 337 315 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.