Azərbaycanda minik avtomobilinin istehsalı azalıb


Yanvar-may aylarında ölkədə 653 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 19 ədəd az minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 107,3 milyon manatlıq məhsul istehsal edilib. 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 98,5 dəfə artıb, qoşqu və yarımqoşquların istehsalı 47,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 70,9 faiz azalıb.