top of page

Azərbaycanda mediator olmaq istəyənlərin yaş həddi artırılacaq



Azərbaycanda mediatorların yaş həddinin artırılması təklif edilir.


Muğan TV-nin xəbərinə görə, bunu Mediasiya Şurasının İdarə Heyətinin üzvü Əli Nəbiyev Ombudsman Aparatında mediasiya islahatları sahəsində qanunvericiliyin təkminləşdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 29 dekabr 2022-ci il tarixli, 30590 nömrəli qərarı ilə aidiyyəti qurumlara ünvanlanan məktubun icrası üzrə təkliflərin müzakirəsinə həsr edilən ilkin dinləmələr zamanı deyib.


O bildirib ki, hazırda mediator olmaq üçün yaş həddi 25-dir: “Ancaq biz bunu 30 yaşa qaldırmağı təklif edirik. Həmçinin mediatorların hüquq təhsilinin olmasını da təklif edirik”.


Mehriban Mirzəzadə

bottom of page