Azərbaycanda koronavirusdan sağalma faizi açıqlanıb



“Pandemiya zamanı çatışmayan cəhətlər var idi. Nümumələrin götürülməsi və daşınması normalara uyğun yerinə yetirilmədiyindən bu nümunələr yararsız hala düşürdü”.


Muğan Tv APA-ya istinadən xəbər verir ki, bunu “SARS-CoV-2 (COVİD-19) kompleks diaqnostikasına müasir yanaşmalar” mövzusunda həsr edilmiş Beynəlxalq Elmi Konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalının Mərkəzi Laboratoriyasının rəisi Elvin Bayramov deyib.


Onun sözlərinə görə, daha sonra problemin qarşısı alınıb:


“Hazırda nümunələrin gütürülməsi və daşınması beynəlxalq normalara uyğun olaraq aparılır”.


O deyib ki, gələcəkdə kütləvi yoxlamaların müəyyən edilməsi üçün antigen testlərdən istifadə edilə bilər:


"Pandemiyadan sonrakı dövrdə COVİD laboratoriyalarının HİV kimi ciddi xəstəliklərin müəyyən edilməsi üçün istifadə olunması bu avadanlıqların gələcəkdə də əhalinin sağlamlığının qorunmasına xidmət edəcək”.


E. Bayramov qeyd edib ki, hazırda Azərbaycanda koronavirusdan sağalma faizi 70%-dir.