top of page

Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən əziyyət çəkir?


"2022-ci ildə icbari tibbi sığorta çərçivəsində 40 milyondan çox tibbi xidmət göstərilib".

Mugantv xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

O bildirib ki, cari ilin ilk 11 ayı ərzində dövlət tibb müəssisələrinə 4 354 632 şəxs 16 374 103 dəfə müraciət edib:

"Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 40 277 004 olub. Tibbi xidmətlərin 84%-i ambulator, 16%-i stasionar şəraitdə göstərilib.

Pasiyentlərin 33%-ni uşaqlar, 67%-ni isə böyüklər təşkil edib. Pasiyentlərin müraciəti əsasən ümumi tibbi müayinə, endokrin, qan dövranı, tənəffüs, həzm, sümük və əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət, göz və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, habelə zədələr və zəhərlənmələrlə bağlı olub".

Comments


bottom of page