Azərbaycanda indiyədək vaksinasiyadan keçənlərin sayı açıqlanıb



Martın 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 22 498 nəfər vaksinasiya olunub.


Muğan TV, APA-ya istinadən xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 293 360 nəfər peyvəndlənmə prosesində iştirak edib.


Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.