top of page

Azərbaycanda güclü zəlzələ olub, afterşoklar davam edir


Bu gün yerli vaxtla saat 08:15:41-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.


Bu barədə Muğan TV-yə AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.


Belə ki, zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə 3 bala qədər hiss olunub.


Zəlzələ ocağının dərinliyi 70-km-dir.


Röya Ağayeva

Comments


bottom of page