![](https://static.wixstatic.com/media/4c77fe_25163a07420d40b09513bb55c518eff4~mv2.jpg/v1/fill/w_153,h_95,al_c,q_80,usm_0.66_1.00_0.01,blur_2,enc_auto/4c77fe_25163a07420d40b09513bb55c518eff4~mv2.jpg)
Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 506,780 milyon manat təşkil edib.
Mugantv DGK-ya istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25,5 % çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 29,4 % artaraq 121,933 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 22,8 % artaraq 365,562 milyon manat, aksizlər üzrə daxilolmalar 77 % artaraq 14,841 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 18,9 % artaraq 4,4 milyon manat olub.