Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə 77 saylı Lənkəran şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Əliyev Məmməd Ağalar oğluna dairə seçki komissiyası (DSK) tərəfindən xəbərdarlıq edilib.
Muğan tv xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq 77 saylı Lənkəran şəhər seçki dairəsinin dairə seçki komissiyasından məlumat verilib.
DSK-dan bildirilib ki, seçki dairəsi üzrə qeydə alınmış namizəd Əliyev Məmmədin qanunvericiliklə müəyyənləşdirilmiş seçkiqabağı təşviqat qaydalarını kobud şəkildə pozması digər namizədlərin və seçicilərin haqlı narazılığına səbəb olub:
“Namizəd Əliyev Məmməd seçkiqabağı təşviqat qaydalarını pozduğuna görə DSK tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, ona xəbərdarlıq edilib. Habelə təşviqat dövründə belə halların təkrarlanmasının qanunvericiliklə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görülməsinə əsas olması namizədin diqqətinə çatdırılıb”.
Comments