Azərbaycanda daha iki məktəb koronavirusa görə bağlandı


Azərbaycanda daha iki məktəb koronavirus səbəbindən distant təhsilə keçib.


Muğan TV-nin məlumatına görə, Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəb yoluxmaya görə bağlanıb.


Distant təhsilə keçən digər məktəb isə Qax rayonu 2 nömrəli ümumtəhsil müəssisəsidir. Məktəbdən məlumatı təsdiqləyiblər.


Bildirilib ki, məktəb bu gündən etibarən fəaliyyətini dayandırıb.