Azərbaycanda daha 5 nəfər COVID-19-a yoluxub



Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.


Azərbaycanda indiyədək ümumilikdə 793 015 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 165 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib, aktiv xəstə sayı 134 nəfərdir.


Ölkədə son sutka ərzində 1 490, hazırkı dövrədək isə 6 940 145 test aparılıb.