top of page

Azərbaycanda daha 16 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib



Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Muğan Tv"ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 792 863 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 076 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, aktiv xəstə sayı 72 nəfərdir.


Ölkədə son sutka ərzində 2 351, hazırkı dövrədək isə 6 918 939 test aparılıb.

Comments


bottom of page