top of page

Azərbaycanda dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı 2 900-ə çatıb


Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 41 898 borcalana 2 milyard 386,16 milyon manat kredit verib.

Mugantv xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 331,176 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 2 900 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

bottom of page