Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı 3 milyonu keçdi


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 843 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Muğan TV verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 284, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 559 nəfərdir.