top of page

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


Azərbaycanda iyulun 31-dən avqustun 6-dək koronavirus (COVID-19) əleyhinə 169 vaksin vurulub.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Muğan TV -yəverilən məlumata görə, həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, üç və daha çox doza vaksin vurduranların sayı 84, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 6 nəfərdir.


Röya Ağayeva

bottom of page