top of page

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb



Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 340 vaksin vurulub.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Muğan tv-yə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 333, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 226, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 588, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 193 nəfərdir.


Vurulan vaksinlərin ümumi sayı 13 736 177, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 349 659, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 850 191, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 289 483, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 246 844 nəfər təşkil edir.

Comentários


bottom of page