top of page

Azərbaycanda bu ödənişlər geri qaytarılacaq



Ödəniş xidməti təchizatçısı avtorizə edilməmiş ödəniş əməliyyatının məbləğini bu ödəniş əməliyyatının icrası üçün ödəyicidən tutulan bütün xidmət haqları ilə birgə ödəyiciyə geri ödəməlidir.


Muğan TV xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.

Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı halda da bu Qanunun 25.1-ci maddəsinin tələbləri şamil edilir.


Avtorizə edilməmiş ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı təqdirdə hesaba xidmət göstərən ödəniş xidməti təchizatçısı ödəyiciyə bu Qanunun 25.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada vəsaiti geri qaytarır.


Avtorizə edilməmiş ödəniş əməliyyatı üzrə vasitəçinin təqsiri müəyyən edildikdə o, ödəyiciyə vəsaitin geri qaytarılması ilə bağlı ödəniş xidməti təchizatçısının çəkdiyi xərcləri kompensasiya etməlidir.


Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.

Comments


bottom of page