
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə iyun ayı ərzində ilan sancması səbəbilə müraciət edənlərin sayı açıqlanıb.
Muğan TV xəbər verir ki, TƏBİB-in mətbuat xidmətindən bildirilib ki, iyun ayı ərzində 17 nəfəri ilan sancıb.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.