top of page

Azərbaycanda bələdiyyələrin 95 %-nin elektron xəritəsi hazırlanıb

Azərbaycanda bələdiyyələrin 95 %-nin elektron xəritəsi artıq hazırdır.

Muğan tv xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə Regional məsələlər komitəsinin fevralın 19-da keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, dekabrda təqdim edilən son məlumata əsasən, artıq 1 323 bələdiyyənin elektron xəritəsi hazırdır, 37-si isə hazırlanaraq razılaşmaya təqdim edilib.

Onun sözlərinə görə, bununla bağlı İqtisadiyyat Nazirliyinə müraciət edilib və işlər yekunlaşmaq üzrədir: “Əsas məsələ xəritələrin razılaşdırılması prosesidir. Hələ başa çatmamış müəyyən işlər var. Bu sahədə aidiyyəti qurumlarla mütəmadi görüşlər keçirilir".


Comments


bottom of page