top of page

Azərbaycanda 88 dövlət əmlakı hərraca çıxarılacaq


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 4, 11, 12, 18 aprel tarixlərində keçiriləcək hərraca 88 çeşidli əmlaklar çıxarılacaq.

Bu barədə Dövlət Xidmətindən bildirilib.

Aprelin 4-də keçiriləcək hərraca 10 obyekt, 11-də isə 14 obyekt və 33 nəqliyyat vasitəsi çıxarılacaq. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları arasında yardımçı təsərrüfat, hamam, iaşə obyektləri, mağaza da var.

Aprelin 12-də keçiriləcək hərraca “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna məxsus 4 avtomobil çıxarılıb.

18 aprel tarixində təşkil olunacaq hərracda isə alıcılara 27 nəqliyyat vasitəsi təklif olunur. Qeyd olunan tarixə çıxarılan nəqliyyat vasitələrinin siyahısında ilkin start qiyməti 30 000 manat olan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə məxsus "Elxan Kazımov" gəmisi (buraxılış ili 1959-cu ildir) də var.

Qeyd edək ki, gəminin uzun müddət istismarsız olması, sərt dəniz mühitinin təsiri, xidmət edən mexanizmlərin aşınmaya məruz qalması, hazırkı texniki vəziyyətinin Beynəlxalq Dəniz Təşkilatının (İMO) tələblərinə uyğun gəlməməsi və göstərilən qüsurların bərpası və gəminin əsaslı təmirinə həddən artıq maliyyə vasitələrinin tələb olunduğunu və iqtisadi cəhətdən səmərəli olmadığını nəzərə alaraq "Elxan Kazımov" yedək gəmisinin əsaslı təmir olması məqsədə uyğun hesab edilmir.

Opmerkingen


bottom of page