top of page

Azərbaycanda 7 nəqliyyat vasitəsi özəlləşdirilib


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 7 nəqliyyat vasitəsi özəlləşdirilib.


Muğan TV quruma istinadən xəbər verir ki, hərracda bəzi avtomobillərə edilən təklif start qiymətindən çox olub.


Belə ki, “Nissan Maxima” markalı avtomobil 2 000 manat ilkin qiymətlə təklif olunsa da, sonda 3 250 manata satılıb.


Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/35Fugq linki vasitəsilə tanış olmaq mümkündür.


Növbəti hərraclar 15, 22 və 29 avqustda keçiriləcək.


Röya Ağayeva

bottom of page