top of page

Azərbaycanda 5 ayda dövlət xəttilə 206 milyon manat ipoteka krediti verilib


Bu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 205,8 milyon manat kredit verilib.


Muğan TV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən illin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur.


Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 18,4 % artaraq 160,3 milyon manat olub.


İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 11,1 % artaraq 100 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8 % azalaraq 43,8 milyon manata düşüb.

Comments


bottom of page