top of page

Azərbaycanda 4 sığorta agentinin lisenziyaları ləğv edilib


Azərbaycan Mərkəzi Bankı 4 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.


Bu barədə Muğan TV-yə tənzimləyici qurumdan bildirilib.


Məlumata görə, bununla bağlı qərar iyulun 12-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, 1 il ərzində lisenziyanın qüvvəsinin dayandırılmasına səbəb olmuş halın 3-cü dəfə təkrarlanması nəzərə alınaraq qəbul olunub.



Ləman Hafizi

bottom of page