top of page

Azərbaycanda ŞOK OLAY: 4 aylıq körpənin mədəsindən mismar çıxdı

Sumqayıtda 4 aylıq körpə mismar udub.


Muğan TV lent-az istinadən bildirir ki, məlumatına görə, yad cisim udan körpənin həyatı xilas edilib. Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Təcili yardım şöbəsində yad cisim udan 4 aylıq körpənin həyatı xilas edilib. Xəstəxanaya çatdırılan körpəyə həzm yolunda yad cisim diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb. 

Tibb müəssisəsinin uzman həkim-cərrahı Araz Hüseynov və həkim-cərrah Elnur İsgəndərov tərəfindən yad cisim olan mismarın xaric olunması əməliyyatı uğurla başa çatıb. 


Körpə zəruri tibbi xidmətlərdən sonra ambulator müalicə üçün evə buraxılıb, vəziyyəti stabildir.


Röya Ağayeva


bottom of page