top of page

Azərbaycana 54 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb


İyulun 14-də, saat 08:20-də Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.


Muğan TV bu barədə Dövlət Sərhəd Xidmətinəə istinadən xəbər verir.


Məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 53 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür.


Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Comments


bottom of page