Azərbaycan yığması Türkiyə ilə eyni qrupa düşüb


19 yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2023-cü ildə Maltada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb. Azərbaycan yığması Türkiyə, Bolqarıstan və Lüksemburq komandaları ilə 2-ci qrupda mübarizə aparacaq. Qrup mərhələsinin oyunları gələn ilin sentyabrında Bolqarıstanda təşkil olunacaq.