top of page

Azərbaycan XİN Pakistana başsağlığı verib


Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanda onlarla insanın ölümünə səbəb olan qatar qəzası ilə bağlı başsağlığı verib.

Muğan TV-nin xəbərinə görə, başsağlığı mətni nazirliyin tvitter səhifəsində yayılıb.

“Pakistanın Qotki rayonunda baş verən ölümcül qatar qəzası ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Həyatını itirmiş 30-dan çox sərnişinin ailəsinə dərin hüznlə başsağlığı diləyirik. Yaralananların hamısının tez bir zamanda sağalmasını arzulayırıq. Düşüncələrimiz və dualarımız qardaş Pakistanladır”, - başsağlığında vurğulanıb.

Commentaires


bottom of page