top of page

Azərbaycan XİN: “Şəhidlərimizi dərin hörmət və minnətdarlıqla anırıq”


“30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsinin başladığı 27 sentyabr tarixi qəhrəmanlıq, vətənpərvərlik rəmzinə çevrilən oğul və qızlarımızın əziz xatirəsinin Anım Günüdür”.


Muğan TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.


“Müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayan Şəhidlərimizi dərin hörmət və minnətdarlıqla anırıq”-, paylaşımda deyilir.


Xarici işlər naziri Ceyhun Bayramov da 27 sentyabr - Anım Günü ilə bağlı “X” hesabında paylaşım edib.


“44 günlük Vətən müharibəsinin başlanmasının üçüncü ildönümü və 27 sentyabr - Anım Günündə öz canları və qanları bahasına bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda dalğalandıran, qürur, iftixar mənbəyimiz olan qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edirik”,- nazir yazıb.


Röya Ağayeva

Comentarios


bottom of page