Azərbaycan vətəndaşlarının sertifikatla Türkiyə universitetlərinə qəbulu dayandırılır


Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlıq genişləndirilir.

"Muğan Tv" xəbərinə görə, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əksini tapıb.

Sənəddə qeyd edilib ki, Təhsil Nazirliyi ilə Türkiyə Ali Təhsil Şurası arasında ali təhsil əməkdaşlığa dair Anlaşma Memorandumunun 5-ci bəndinə əsasən, Azərbaycan vətəndaşlarının Türkiyədə fəaliyyət göstərən ali təhsil müəssisələrinə sertifikat ilə qəbul edilməsinin dayandırılması təşviq ediləcək.

Türkiyə Ali Təhsil Şurasının rəsmi internet səhifəsinin “YÖK Lisans Atlası” bölməsində Azərbaycan ali təhsil müəssisələrinin sayının artırılması istiqamətində görüşlər keçiriləcək.

Bu işlərin həyata keçirilməsi Azərbaycan tərəfdən Təhsil Nazirliyinə, Türkiyə tərəfdən isə Ali Təhsil Şurasına (YÖK) tapşırılıb.