Azərbaycan vətəndaşları gələn aydan Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcək


Azərbaycan vətəndaşları aprelin 1-dən etibarən Türkiyəyə yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcək.


Muğan TV-nin APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Baş Polis İdarəsi məlumat yayıb.


“İki ölkə vətəndaşları 1 aprel 2021-ci ildən etibarən qarşılıqlı səfərlər zamanı yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcək. Vizasız qalma müddəti 30 gündən 90 günə qədər uzadılıb”, - deyə bildirilib.